Ronaldo ayın futbolçusu seçildi

Ronaldo ayın futbolçusu seçildi

“Əl-Nəsr” klubunun hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında fevral ayının ən yaxşı futbolçusu seçilib.

AzerTimes xəbər verir ki, portuqaliyalı forvard azarkeşlərin səsverməsi nəticəsində bu ada layiq görülüb.

38 yaşlı futbolçu bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 8 qol vurub.

Qeyd edək ki, Ronaldo ötən ilin dekabrında “Əl-Nəsr”ə transfer olunub.

Teqlər: