Əli Kərimin Elzası dünyasını dəyişdi

Əli Kərimin Elzası dünyasını dəyişdi

Şair Əli Kərimin həyat yoldaşı Elza xanım vəfat edib.

AzerTimes xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Tanınmış jurnalist Cavid Zeynallı Elza xanımın Cavidlə bağlı xatirələrini bölüşüb:

“Danışırdı ki, Əli Kərimlə evlənəndən sonra çox əziyyət çəkmişik. Zirzəmidə yaşayırdıq. Yazıçılar İttifaqının ev növbəsində Mehdi Hüseyn evi Əli Kərimə yox, başqasına verib. O da üz-üzə gələndə Mehdi Hüseynə salam verməyib. Mehdi Hüseyn soruşub ki, Əli, niyə mənə salam vermirsən? Deyib, Mehdi müəllim, əlimdən bu gəlir.

Moskvada oxuyanda Rəsul Rza şeirlərini jurnalda dərc elətdirib, qonorarını göndərib. Pulu alan kimi bir-ikisini cırıb ki, sənə görə nə əzablar çəkmişəm.

Elza xanım danışırdı ki, bir dəfə bazara getmişdim, oğlum Azər də yanımda idi. Dedi, ana, bu şalvarı mənə al. Pul az idi, gücüm çatmadı. Evə gələn kimi atasına danışdı. Əli o dəqiqə bazara qaçıb o şalvarı aldı ki, mənim geyim-keçimdən çox korluğum olub, heç olmasa, bunlar mən çəkdiyimi çəkməsinlər.

Qucaq-qucaq oyuncaqlar alırmış uşaqlara. Deyirmiş, mənim olmayıb, qoy bunlar gözü tox böyüsünlər.

Elza xanımla Əli Kərimi İlyas Tapdıq tanış edib. Gözəl qadın olub. Rza Şah Bakıya gələndə şaha gül verib. Sonra İran səfiri ona elçi düşüb. Amma o, Əli Kərimi seçib.

11 il evli olublar. Yola getmirmişlər. Əli Kərimi şeirlərinə görə qızlar çox sevirmiş. Amma deyirdi, kaş elə qızlara görə dava edərdik. İçib evə gec gəlirdi, mən də küsürdüm”.

Qeyd edək ki, Əli Kərim 1969-cu ildə, 38 yaşında dünyasını dəyişib.

Teqlər: