“Rokki” və “Yırtıcı”nın məşhur aktyoru vəfat etdi

“Rokki” və “Yırtıcı”nın məşhur aktyoru vəfat etdi

Məşhur amerikalı aktyor Karl Uezers 76 yaşında vəfat edib.

AzerTimes xəbər verir ki, bu barədə aktyorun ailəsi açıqlama yayıb.

“Karl Uezersin vəfatı bizi dərindən kədərləndirdi. O, 1 fevral 2024-cü il vəfat etdi. Karl qeyri-adi həyat sürən müstəsna bir insan idi. Kino, televiziyaya verdiyi töhfələrlə incəsənətdə, idmanda silinməz iz buraxdı və bütün dünyada tanındı, – açıqlamada bildirilib.

Qeyd edək ki, o, 75-dən çox film və teleşouya çəkilib. Daha çox Silvester Stallone ilə birlikdə çəkildiyi ilk dörd “Rokki” filmindəki Apollon Kred rolu ilə tanınır. Karl Uezers həmçinin “Yırtıcı” filmində də rol alıb.

Teqlər: