Çin təkrar istifadə oluna bilən raketini sınaqdan keçirdi

Çin təkrar istifadə oluna bilən raketini sınaqdan keçirdi

Çin təkrar istifadə oluna bilən daşıyıcı raket prototipi “Kuayçjou”nun uçuş sınaqlarını uğurla həyata keçirib.

AzerTimes xəbər verir ki, bu barədə “Expace” şirkətindən məlumat verilib.

Məlumata görə, ümumi uçuş vaxtı 22 saniyə olub ki, bunun da cihazın doqquz saniyə havada qalmasına sərf edilib. Raket mühərriki metan və maye oksigenlə işləyib. Eniş mövqeyi dəqiq olub və raketin gövdəsi zədələnməyib, şirkət sınaq missiyasını tam uğurlu adlandırıb.

Teqlər: