Rize-Artvin Hava Limanının açılış mərasimində Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın
14-də qardaş ölkəyə işgüzar səfərə gəlib.

Trend xəbər
verir ki, dövlət başçıları Rize-Artvin Hava Limanının açılış
mərasimində iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğana xatirə hədiyyələri təqdim olundu.

Sonra birgə foto çəkdirildi.

Daha sonra Rize-Artvin Hava Limanının açılışını bildirən lent
kəsildi.

Teqlər: