Riyaziyyat və ingilis dili imtahanları nisbətən çətin olub – Emin Əmrullayev

Xəbər - Çingiz Səfərli – Trend:

Müəllimlərin işə qəbulu imtahanlarında riyaziyyat və ingilis dili fənni üzrə imtahanlar nisbətən çətin olub.

AzerTimes xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, bu, heç də həmin müəllimlərin digərlərindən daha az savadlı olduğunu göstərmir:

“Həm riyaziyyat, həm də ingilis dili müəllimləri üçün ballar nisbətən zəif olubsa, bu, verilən vaxtla bağlı ola bilər”.

Teqlər: