Ermənistan XİN-ə yeni mətbuat katibi təyin olunub

Xəbər - Orxan Nəbiyev – Trend:

Ermənistan baş nazirinin sabiq müavini Tiqran Avinyanın müşaviri Vaan Unanyan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi təyin edilib.

AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə XİN-in açıqlamasında deyilir.

Qeyd olunur ki, V.Unanyan avqustun 2-də baş nazirin müavinin müşaviri vəzifəsindən azad edilmişdi.

Xatırladaq ki, sabiq mətbuat katibi Anna Nağdalyan mayın 31-də vəzifəsindən istefa verib.

Hazırda Ermənistanda xarici işlər nazirinin vəzifələrini Armen Qriqoryan icra edir.