Riyaziyyat mənim üçün maraqlı deyildi – Qeyts

Riyaziyyat mənim üçün maraqlı deyildi – Qeyts

Məktəb vaxtı riyaziyyatı öyrənməyə tənbəllik edirdim və bu fənni maraqsız hesab edirdim.

AzerTimes xəbər verir ki, bu sözləri “Maykrosoft” şirkətinin təsisçisi, milyarder Bill Qeyts müsahibəsində deyib.

“Riyaziyyatı yeni öyrənməyə başlayanda tənbəl idim. Bir gün 8-ci sinifdə müəllim mənə dedi: “Sən niyə belə tənbəlsən? Axı sən həqiqətən riyaziyyatı öyrənə bilərsən”. Mən isə ona belə cavab verdim: “Biz ki, maraqlı heç nə etmirik”, – Qeyts bildirib.

Milyarderin sözlərinə görə, müəllimi onu riyaziyyatla məşğul olmağa həvəsləndirib və onu daha yaxşı olmağa məcbur edən çoxlu kitablar verib.

Teqlər: