Qarabağ Vardanyanın vecinə deyil, ona İrəvan lazımdır

Qarabağ Vardanyanın vecinə deyil, ona İrəvan lazımdır

Xankəndidə separatçılar arasındakı çəkişmələr hakimiyyət üstündədir.

AzerTimes Calibr.az-a istinadla xəbər verir ki, bunu erməni fəal deyib.

“İndiki vəziyyət hakimiyyət davasına görədir. Faktiki olaraq siyasi müharibə aparılır, qalanları isə onun nəticələridir. Bu insanlar hesab edir ki, artıq xaos yaranıb, indiki vəziyyətdən çıxış yolu tapmaq mümkün deyil və bu, hakimiyyəti ələ keçirmək üçün son məqamdır. Qarabağı qarət etdilər, indi Ermənistanda hakimiyyəti dəyişmək üçün qoşun hazırlayırlar”, – Osipyan bildirib.

Onun sözlərinə görə, bu vəziyyət həll olunmasa, o zaman Qarabağda daxili qarşıdurma başlayacaq:

“Qarabağ Ruben Vardanyanın vecinə deyil, ona Qarabağ erməniləri lazımdır ki, onların köməyi ilə İrəvanda hakimiyyətə gələ bilsin. O, 30 ilin bütün günahlarını Araik Arutyunyanın üzərinə atıb, təmiz şəkildə hakimiyyətə gəlmək istəyir”.

Teqlər: