Respublika Hərbi Prokurorluğu DSX gizirinin intiharı ilə bağlı araşdırmalara başladı

Respublika Hərbi Prokurorluğu Dövlət Sərhəd Xidmətinin hərbi
qulluqçusunun intiharı ilə bağlı araşdırmalara başlayıb.

Respublika Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən AzerTimes-ın
sorğusuna cavab olaraq bildirilib ki, 10 may 2022-ci il tarixdə
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Əlizadə Tərlan
Rafiq oğlunun həmin gün xidməti mənzildə özünü asaraq öldürməsi
barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun
əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş
üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş,
izahatlar alınmış, müvafiq ekspertizalar təyin olunmuş və digər
zəruri hərəkətlər yerinə yetirilib.

Hazırda Şəmkir hərbi prokurorluğunda araşdırma davam etdirilir
və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin
görülməsi təmin ediləcək.

Teqlər: