“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində İT siniflərin sayı artırılır

2022-2023-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi
çərçivəsində yeni informatika təmayüllü 10-cu siniflərin açılması
nəzərdə tutulur.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən bildirilib.

İT siniflərdə keçirilən dərslərin əsas məqsədi şagirdlərin
intensiv metodikalarla İT peşələrinə hazırlanmasıdır. Bu siniflərdə
informatika fənni həftədə 5 dəfə tədris ediləcək. Dərslərdə
şagirdlərə “Python” üzrə alqoritmlər və verilənlər strukturu, oyun
dizaynı, şəhər mühitinin veb-dizayn və layihələndirilməsi kimi
sahələr öyrədilməsi nəzərdə tutulub. Dərslər bu istiqamətlər üzrə
təkmilləşdirilmiş, təlim keçmiş müəllimlər tərəfindən
keçiriləcək.

İnformatika təmayüllü siniflərdə tədris almağın üstünlüyü
informatika fənni üzrə qəbul imtahanlarına şagirdlərin daha
hazırlıqlı olması, proqramlaşdırma dilləri üzrə praktiki
bacarıqların əldə etmə imkanının olmasıdır.

Qeyd edək ki, cari tədris ilində respublikanın dörd şəhərində 11
məktəbin X siniflərində pilot “İT sinifləri”nə start verilib.
Hazırda Bakı, Sumqayıt, Gəncə və Mingəçevir üzrə Azərbaycan və rus
bölmələrindən olan 316 şagirdi əhatə edir.

Teqlər: