Tezliklə İranla Azərbaycan arasında preferensial ticarət üzrə saziş imzalanacaq – Nazir müavini

Tezliklə İran və Azərbaycan arasında preferensial ticarət üzrə
saziş imzalanacaq.

Bunu İranın sənaye, mədən və ticarət nazirinin müavini və
Ticarət İnkişafı Təşkilatının sədri Əlirza Peymanpak mətbuat
konfransında AzerTimes-ın sualına cavabında deyib.

Onun sözlərinə görə, hazırda iki tərəf arasında bu saziş üzrə
müzakirələr davam etdirilir.

Ə.Peymanpak əlavə edib ki, tərəflər saziş üzrə ticarətdə yer
alacaq məhsulların siyahısı haqda razılaşma əldə edib.

Qeyd edək ki, İran və Azərbaycan arasında preferensial ticarət
sazişi üzrə şərtlərlə 52 məhsulun həm İran, həm də Azərbaycan
tərəfindən idxal-ixracının asanlaşdırılması nəzərdə tutulub.

Teqlər: