Regional əlaqələrin inkişafı Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın prioritetlərindən biridir – Zaxarova

İqtisadi və regional əlaqələrin inkişafı Rusiya ilə Azərbaycan
arasında çoxşaxəli əməkdaşlığın prioritetlərindən biridir.

Trend-in
məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi
nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

“Xatırladım ki, 2021-ci ildə ikitərəfli ticarət dövriyyəsi
koronavirusaqədərki göstəriciləri üstələyərək rekorda, 3,4 milyard
dollara çatıb. Ticari-iqtisadi əməkdaşlığın təməllərindən biri
Rusiya regionlarının Azərbaycanla qarşılıqlı fəaliyyətidir.
Rusiyanın 70-dən çox subyekti Azərbaycanla fəal əməkdaşlıq edir. Bu
istiqamətdə vacib məkanlardan biri müntəzəm keçirilən
Rusiya-Azərbaycan forumlarıdır. Bütün bu məsələlər aprelin 25-26-da
Bakıda keçirilmiş Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq
üzrə hökumətlərarası komissiyanın 20-ci iclasında ətraflı müzakirə
olunub. Bu vacib tədbir çərçivəsində Həştərxan vilayətinin
qubernatoru İqor Babuşkinin səfəri də keçirilib. Azərbaycanla
Həştərxan arasında qarşılıqlı ticarətin artırılması perspektivləri
nəzərdən keçirilib. Ötən il onlar arasında ticarət dövriyyəsi 18
faiz artaraq 17 milyon dollara çatıb”, – M.Zaxarova deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: