Azərbaycanda türkiyəli investorların sayı artacaq – Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru

Şuşa. Trend:

Azərbaycanda türkiyəli investorların sayı artacaq.

Trend-in məlumatına görə, bunu Türkiyənin Yaxın
Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) direktoru Əhməd Uysal Şuşada “Cənubi Qafqazda inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq
konfrans zamanı deyib.

“Şuşada konfransdan sonra Azərbaycana sərmayələrdə maraqlı olan
türkiyəli investorların sayı arta bilər. Bu cür konfranslar regiona
potensial investorların cəlb olunması üçün keçirilir. Türkiyə
Azərbaycana çiçəklənmə və inkişaf arzulayır”, – deyə o
bildirib.

Qeyd edək ki, bu gün Şuşada “Cənubi Qafqazda inkişaf və
əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilir. Tədbirdə
beynəlxalq beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər.

Konfrans çərçivəsində “Şuşa – dirçəlişə gedən yol” və “Əməkdaşlıq, imkanlar və çağırışlar” mövzusunda iki panel
müzakirələri nəzərdə tutulub.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: