Referimiz ilk dəfə ÇL oyununu idarə edəcək

Referimiz ilk dəfə ÇL oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, 35 yaşlı hakim Danimarkada “Kopenhagen” və Almaniyanın “Borussiya” (Dortmund) komandaları arasında keçiriləcək qrup mərhələsinin VI tur oyununu idarə edəcək.

Qeyd edək ki, noyabrın 2-də “Parken” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Teqlər: