İranda ziyarətgaha hücum edən terrorçlardan biri tutuldu

İranda ziyarətgaha hücum edən terrorçlardan biri tutuldu

İranın Şiraz şəhərində Şah-Çıraq məqbərəsinə hücum edən terrorçulardan biri tutulub.

AzerTimes xəbər verir ki, bunu ETTELAAT rəhbəri İsmayıl Xətib deyib.

“Şirazdakı silahlı hücumda iştirak edən terrorçu imam Zaman hərbi birləşməsi tərəfindən saxlanılıb”, – Xətib bildirib.

Qeyd edək ki, oktyabrın 26-da terrorçuların Şiraz şəhərindəki Şah-Çıraq məqbərəsində baş vermiş atışma zamanı 13 nəfər ölüb, 45 nəfər isə yaralanmışdı.

Teqlər: