Rəfail Cəbrayılovun qardaşı azadlığa buraxıldı

Nərimanov rayon məhkəməsində Milli Məclisin sabiq deputatı,
həbsxanada ölən Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun
barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq
orqanının təqdimatına baxılıb.

AzerTimes-ın məlumatına görə, prosesdə təqdimat təmin edilib və E.
Cəbrayılov azadlığa buraxılıb.

İttihama görə, E. Cəbrayılov aprelin 11-də vətəndaşların
şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin (RPİ)
əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub. Nərimanov
RPİ-in İstintaq idarəsində onun barəsində Cinayət Məcəlləsinin
178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə)
maddəsilə cinayət işi başlanılıb.
.
Xatırladaq ki, E.Cəbrayılov mərhum qardaşı R.Cəbrayılovun cinayət
işi üzrə şahid qismində tanınır. O, həmin iş üzrə Bakı Ağır
Cinayətlər Məhkəməsində dindirilib.

R.Cəbrayıov 2021-ci ilin sentyabr ayında Bakıda Yeni
Klinikadakoronavirusdan dünyasını dəyişib.

Teqlər: