Zaqatalada reyd: 20 sürücü cərimələnib (FOTO)

Zaqatalada yol polisləri tərəfindən dayanma-durma, parklanma
qaydalarını pozan, eləcə də 2-ci cərgədə nəqliyyat vasitələrini
saxlayan sürücülərin maarifləndirilməsi və barələrində qanuni
tədbir görülməsi məqsədi ilə reydlər təşkil edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə, şəhər ərazisində hərəkətin intensiv olduğu
küçə və prospektlərdə keçirilən reydlərdə piyada səkilərində,
müəyyən edilməyən ərazilərdə və avtobus dayanacaqlarında
avtomobillərini park edən sürücülər aşkarlanıb. Ümumilikdə
sadalanan qayda pozuntularına yol verən 20 sürücü barəsində
inzibati tənbeh tədbiri görülüb.

Teqlər: