Bu sahədə çalışanların maaşı artıb

Azərbaycanda daha yüksək əməkhaqqı verilən sahələr məlum
olub.

AzerTimes-ın məlumatına görə, 2022-ci ilin yanvar-fevral aylarında
iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta
fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə,
eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq
nominal əməkhaqqı daha yüksək olmuşdur.

Qeyd olunan müddət ərzində ölkə iqtisadiyyatında muzdla çalışan
işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə
nisbətən 11,0 faiz artaraq 768,3 manat olub.

2022-ci il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla
çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 min
nəfər və ya 0,2 faiz artaraq 1 milyon 682,1 min nəfər olub.

Teqlər: