“Real Madrid”in baş məşqçisi Çempionlar Liqasını 4 dəfə qazanan ilk məşqçi oldu

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasını
4 dəfə qazanan ilk məşqçi olub.

AzerTimes-ın məlumatına görə, mayın 28-də Parisdə “Stad de Frans”
stadionunda keçirilən Çempionlar Liqasının 2021/22 mövsümünün
finalında Madrid klubu “Liverpul”a 1:0 hesabı ilə qalib gəlib.

Bundan əvvəl də italiyalı mütəxəssis “Real Madrid”lə qalib olub
(2013/14), “Milan”la isə iki dəfə (2002/03 və 2006/07) çempion
olub.

K.Ançelotti, həmçinin ən çox bəynəlxalq kubok qazanan mütəxəssis
oldu. Bu göstəriciyə görə o, Ser Aleks Ferqyuson, Covanni
Trapattoni və Xosep Qvardiolanı (hər biri 8 titul) qabaqlayıb.

Teqlər: