Şimali Koreyada sutka ərzində 89 min nəfərdə qızdırma əlamətləri aşkarlanıb

Şimali Koreya hakimiyyəti ötən sutka ərzində ən azı 89,500
nəfərdə qızdırma əlamətləri aşkarlayıb, aprelin sonundan bəri
koronavirusun yayılması fonunda belə halların ümumi sayı 3,45
milyondan çox olub.

AzerTimes-ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi Koreya
Mərkəzi Teleqraf Agentliyinə istinadən bildirib.

Qızdırmalı xəstələrin ümumi sayından 3,26 milyon nəfər sağalıb,
186 mini müalicə olunur. Agentlik qızdırmalı xəstələr arasında
ölümlə bağlı yeni məlumat verməyib, onların sayı 69 nəfər təşkil
edib.