“Real Madrid” Çempionlar Liqasının finalına yüksəlib

İspaniyanın “Real Madrid” futbol klubu Çempionlar Liqasının
yarımfinal mərhələsinin cavab oyununda İngiltərənin “Mançester
Siti” komandasına qalib gələrək turnirin finalına yüksəlib.

AzerTimes-ın
məlumatına görə, görüş Madriddəki “Santyaqo Bernabeu” stadionunda
keçirilib. Oyun 3:1 hesabı ilə başa çatıb.

“Mançester Siti”nin heyətində Riyad Mahrez fərqlənib (73-cü
dəqiqə). Rodriqo (90, 90+2), Kərim Benzema (95) “Real Madrid”in
heyətində qol vurublar. Komandalar arasında ilk oyun 4:3 hesabı ilə
“Mançester Siti”nin xeyrinə başa çatıb.

Finalda “Real Madrid” “Liverpul”la qarşılaşacaq.

Teqlər: