“Brent” markalı neftin qiyməti 111 dollara çatıb

Brent markalı neftin iyul fyuçerslərinin qiyməti Londonun “ICE”
birjasında 5,28 faiz bahalaşaraq bir barrel üçün 110,44 dollar
təşkil edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə ticarət platformasının məlumatlarında
bildirilib.

Saat 22:53 (Bakı vaxtı) üçün “Brent” markalı qiyməti 5,74 faiz
artaraq 111 dollar olub.

Sonuncu dəfə aprelin 19-da “Brent” markalı neftin qiyməti 111
dollar səviyyəsində olub.

“WTI” markalı neftin fyuçers qiyməti 5,42% artaraq 107,95
dollar/barelə çatıb.

Teqlər: