Razi Alışovun şərlənərək həbs olunması barədə iddialar tamamilə əsassızdır – DİN

Sosial şəbəkələrdə Razi Alışov adlı şəxsin şərlənərək həbs
olunduğu iddia edilir.

Bununla bağlı mətbuatın sorğusuna cavab olaraq DİN Mətbuat
Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, qeyd olunan iddialar
tamamilə əsassızdır.

“Həmin iddiaları tirajlayanlara müraciət edərək bildirirəm ki,
narkotiklərin satışı ilə məşğul olanları müdafiə etməkdənsə,
belələrini kəskin qınamalıyıq. Narkotiklərin qanunsuz dövriyyəsinə
qarşı polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər
nəticəsində hər gün onlarla şəxs saxlanılaraq barələrində müvafiq
tədbirlər görülür. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul
olan şəxslər siyasi baxışlarına və cəmiyyətdə tutduqları
mövqelərinə görə deyil, törətdikləri konkret əmələ görə məsuliyyətə
cəlb olunurlar.

Gəncə şəhər sakini Razi Alışov da dünən şəhər Baş Polis
İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər
nəticəsində narkotik vasitə olan metamfetamini satarkən tutulub”, –
o deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayə
işi başlanılıb, istintaq davam etdirilir.

Vətəndaş R.Alışov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan
tədbiri seçilib.

Teqlər: