Rayonlardakı hotellərdə demək olar ki, boş yer yoxdur – Assosiasiya

Novruz bayramı ilə əlaqədar bir neçə gün iş olmayacaq. Bu
fürsətdən istifadə edən vətəndaşlarımız istirahət etmək üçün
bölgələrimizə üz tuturlar.

Bölgələrdə olan hotellərdə doluluq səviyyəsi necədir?

Bununla bağlı Azərbaycan Hotellər və Restoranlar
Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm
Assosiasiyasının icraçı direktoru Samir Dübəndi
Trend
-ə bildirib ki, regionlardakı 5 ulduzlu hotellərdə
bronlaşma bu günə görə ortalama 80-90% təşkil edir.

Assosiasiya rəhbəri deyib ki, bəzi hotellər bayram günlərinə
satışlarını artıq saxlayıblar.

“Qiymətlər hotellərə görə dəyişir. Belə ki, regionlarda yerləşən
hotellərdə qiymətlər 40-400 AZN arası dəyişir. Bu il başqa
rayonlara nisbətdə Lənkərandakı hotellərin yüksək dolumla və
qiymətlə işləmələrini müşahidə edirik”, – deyə S.Dübəndi
bildirib.

Twitter:@FaridZohrabov

Teqlər: