ADNSU-da Novruz bayramı münasibəti ilə tədbir keçirilib (FOTO)

Martın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində
(ADNSU) Novruz bayramı münasibəti ilə tədbir keçirilib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin
professor-müəllim heyəti və tələbələri bayram münasibəti ilə təbrik
edib. Şəhidlərimizin və yenilməz Azərbaycan ordusnun qəhrəmanlığı
sayəsində ərazi bütövlüyü təmin olunmuş ölkə kimi bayaram
keçirməyin xüsusi əhəmiyyətindən danışan rektor, professor Mustafa
Babanlı bu gün Novruz bayramının bütün Azərbaycan torpaqlarında
qeyd olunduğunu deyib.

Novruz bayramının xalqımızın milli adət-ənənələrini özündə əks
etdirən ən qədim bayramlardan olduğunu xatırladan rektor, professor
M.Babanlı baharın gəlişi münasibətilə universitetin çoxminli
tələbə-müəllim kollektivinə, o cümlədən bütün Azərbaycan xalqına
əmin-amanlıq, bol ruzili illər, möhkəm cansağlığı arzu edib.

Sonda unversitetin həyətində bayram tonqalı yandırılıb.

Teqlər: