Rasim Ocaqovun şəxsi arxiv fondu yaradılıb (FOTO)

Xəbər - Vüqar İmanov – Trend:

Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, Dövlət Mükafatları Laureatı Rasim Ocaqovun şəxsi arxiv fondu yaradılıb.

AzerTimes-ın məlumatına görə, fonda görkəmli sənətkarın nadir fotoşəkilləri, filmlərin afişa və plakatları, müxtəlif albom, qəzet və jurnallarda dərc olunmuş məqalələr və s. arxiv sənədləri daxil edilib.

Xalq artistinin şəxsi arxiv fonduna Ukraynadan daxil olmuş arxiv materialları da daxildir.

Teqlər: