Ramiz Rzayevin yerinə bu şəxs təyin olunacaq

Ramiz Rzayevin yerinə bu şəxs təyin olunacaq

Ali Məhkəmənin sədri postunda səlahiyyət müddəti başa çatan Ramiz Rzayev yaxın günlərdə öz postu ilə vidalaşacaq.

AzerTimes Gununsesi.info-ya istinadla xəbər verir ki, Ramiz Rzayevin yerinə təyin olunacaq şəxsin də kimliyi müəyyən olunub. Bu, Ali Məhkəmə sədrinin birinci müavini Çingiz Əsgərovdur.

Qeyd edək ki, uzun illər Prezident Administrasiyasında çalışan Çingiz Əsgərov həm də Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi olub.

Xatırladaq ki, 70 yaşlı Ramiz Rzayev kollektivlə vida görüşü keçirib.

Teqlər: