“Aura” və “Sun” markalarından 8 mart fləşmobu – Video

“Aura” və “Sun” markalarından 8 mart fləşmobu – Video

“Aura” və “Sun” markaları 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş fləşmob hazırlayıb.

AzerTimes xəbər verir ki, “Aura” və “Sun” markaları 8 Mart Beynəlxalq Qadınlar Günündə istehsalatda və eləcə də marketlərdə işləyən xanım əməkdaşlarını bir araya toplayaraq maraqlı fləşmob keçirib, onları təbrik edib və sürpriz dolu xoş anlar yaşadıb.

“Qadın… Bu söz hər birimiz üçün fərqli mənaları ifadə edir. Kimisi üçün mərhəmət, kimisi üçün dəyər, kimisi üçünsə, zəriflikdir.

Qadın bütün xoş sözləri özündə ifadə edir. Qadın dərin bir mənanın əsl mənasıdır. Biz də qadınları hər sahədə kəşf edirik. Onlara güvənir, onlara etibar edirik. Hər bir qadının əməyi bizim üçün dəyərlidir. Onları təbrik edib, üzlərində xoş təbəssüm yaratmaq bizi məmnun edir!”, – təbrikdə qeyd olunub.

Teqlər: