Ramin Hacılının növbəti məhkəmə prosesi oldu

Ramin Hacılının növbəti məhkəmə prosesi oldu

Dələduzluqda təqsirləndirilən Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədri Sərdar İskəndərov ifadə verib.

Xatırladaq ki Sərdar İskəndərovun adı ittiham aktında keçir. Amma onun və daha bir neçə nəfərin cinayət işi Ramin Hacılının cinayət işindən ayrılaraq başqa icraata verilib. Hazırda həmin iş Baş Prokurorluğun İstintaq İdarəsində davam edir.

Sərdar İskəndərov ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləməyib.

Daha sonra hakim şahiddən ofisdən götürülmüş və ona məxsus olan kompüterdə AXCP ilə bağlı bir sıra sənədlərlə maraqlanıb.

Hakim bildirib ki onun kompüterinə baxış keçirilərkən ayrı-ayrı adamların adına AXCP vəsiqələrinin fotofaylları, Əli Kərimlinin adından arayışlar aşkar edilib.

Şahid isə bundan xəbəri olmadığını və kompüterində elə arayış və vəsiqələr görmədiyini diqqətə çatdırıb.

Məhkəmənin növbəti iclası avqustin 3-nə təyin edilib.

Teqlər: