Kirill Petkov Bakıya gəlir

Kirill Petkov Bakıya gəlir

Bolqarıstan Baş naziri Kirill Petkov Bakıya səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə baş nazir özü məlumat verib.

“Qaz böhranı bütün Avropada baş verib. Ona görə də mən yaxın günlərdə Azərbaycana səfər etmək niyyətindəyəm”, – Petkov vurğulayıb.

O, səfər çərçivəsində Prezident İlham Əliyevlə qaz tədarükünün artırılması məsələsini müzakirə edəcəyini bildirib.

Teqlər: