Ramazanın 20-ci günü: dua, imsak və iftar vaxtı

Bu gün Ramazan ayının 20-ci günüdür.

AzerTimes-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin
açıqladığı Ramazan təqviminə əsasən, aprelin 21-də Bakıda
imsak saat 04:22, iftar isə saat
19:40-dadır.

Ramazan ayının 20-ci gününün
duası:

“Allahumməftəh li fihi əbvabəl-cinan. Və əğliq ənni fihi
əbvabən-niyran. Və vəffiqni fihi litilavətil-Quran. Ya
munziləs-səkinəti fi qulubil-mu-minin”.

Tərcüməsi:

“İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm
qapılarını bağla! Bu gün məni Quran oxumaqda müvəffəq et! Ey
möminlərin qəlbinə aramlıq bəxş edən Allah”.

Allah orucunuzu qəbul etsin!

Teqlər: