Ramazanın 12-ci günü: dua, imsak və iftar vaxtı

Bu gün Ramazan ayının 12-ci günüdür.

AzerTimes-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin
açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat
04:36-da, iftar isə saat
19:31-dədir.

Ramazan ayının 12-ci gününün
duası:

“Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi
bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və
amilni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin”.

Tərcüməsi:

“İlahi, bu gün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni
zinətləndir. Bu gün mənə qənaət və kifayətcillik libasını geyindir.
Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum
şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində
olanların mühafizəçisi”.

Teqlər: