Bu gün Azərbaycanda əsas ərzaq məhsulları üzrə kifayət qədər ehtiyatlarımız var – Baş nazir

Hələ pandemiya dövrünün başlanğıcında, mart ayından başlayaraq
Sizin tapşırığınızla bu proseslər əsasən, ərzaq məhsulları və digər
defisit məhsullar, o cümlədən respublikanın dərmanlar və tibb
ləvazimatları ilə təchiz olunması istiqamətlərində aparıldı.

Trend xəbər
verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün
yekunlarına həsr olunan müşavirədə deyib.

“İctimaiyyət də bilir, cənab Prezident, Ukrayna-Rusiya
müharibəsi ilə əlaqədar qiymətlər, taxılın qiyməti ən pik həddə
qaldırıldı. Söhbət ancaq heç qiymətdən də getmir. Söhbət ondan
gedir ki, bu gün ərzaq taxılı idxal etməyin öz prosesi var. Siz
dediyiniz kimi, Ukrayna və Rusiyanın dünya taxıl istehsalında
aparıcı rollarını, Ukraynada bu il çətinliklər olacağını nəzərə
alaraq bu ehtiyatları artırırıq. Bir məqamı da demək istəyirəm.
Sizin tapşırığınızla yerli istehsal, idxaldan asılılığın
azaldılması istiqamətində də konkret layihələr hazırlanır və burada
foksda olan tədbirlər yaxın dövrdə təqdim olunacaq. Siz bu gün
Qarabağda, işğaldan azad olunmuş ərazilərdə əkini dediniz və bizim
digər böyük təsərrüfatlarda da bu iş gedir.

Cənab Prezident, Mikayıl Cabbarov dedi, hər məhsul üzrə
monitorinq aparılır, əsasən də minimum istehlak bazarına daxil
olan, əhali tərəfindən gündəlik istifadə olunan 12 əsas məhsulun
həm qiymət baxımından, həm anbarlarda, respublikada olan ehtiyatlar
baxımından günbəgün monitorinqi aparılır. Təbii olaraq, bu gün elə
bir dövr gəlib ki, ölkələrin çoxu ancaq özlərinin təminatı ilə ilk
prioritet edirlər. Bunları nəzərə alaraq, biz də, ilk növbədə, öz
daxili ehtiyatlarımıza baxırıq. Əgər artıq yerli istehsal, planlar
varsa, onlara ixrac verirlər və sahibkarların İqtisadiyyat
Nazirliyinə müraciətinə əsasən beş gün ərzində operativ qaydada
bunlara baxılır. Yəni, deyə bilərəm ki, bu gün Azərbaycanda əsas
ərzaq məhsulları üzrə kifayət qədər ehtiyatlarımız var”, – Baş
nazir qeyd edib.

Teqlər: