Raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib (VİDEO)

Cari ilin hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının raket
və artilleriya bölmələrində döyüş atışlı taktiki təlimlər
keçirilib.

Cəmləşmə rayonlarına çıxarılan raket və artilleriya bölmələri
təyin olunmuş yerlərdə atəş mövqelərini tutublar.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən
hədəfləri bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla
keçirilən təlimin əsas məqsədi raket və artilleriya bölmə
komandirlərinin müasir döyüşü idarətmə qabiliyyətinin
təkmilləşdirilməsi, peşəkarlığın yüksəldilməsi, eləcə də şəxsi
heyətin döyüş vərdişlərinin artırılmasıdır.

Teqlər: