Rafael Cəbrayılovun qardaşı məhkəmə zalından həbs edildi

Sabiq deputat, həbsdə vəfat etmiş Rafael Cəbrayılovun qardaşı
Elşən Cəbrayılov yenidən həbs edilib.

AzerTimes-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində
E.Cəbrayılov barəsində olan məhkəmə qərarından apellyasiya
protestinə baxılıb.

Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət
araşdırılıb və qərar elan olunub.

Qərara əsasən, prokurorun verdiyi protest təmin olunub. Elşən
Cəbrayılov barəsində 1 aylıq həbs qətimkan tədbiri seçilib və o
məhkəmə zalından həbs edilib.

Teqlər: