Radio TMB “Teknofest” festivalının media tərafdaşlarından biri oldu

26-29 may tarixlərində Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə keçiriləcək “Teknofest”
Festivalına “Türk Millətləri Birliyi” Radiosu (TMB 100.5 FM) media
tərəfdaşlığı edəcək.

Teknofest” innovasiya, startap və texnologiya
sahəsində dünyanın ən qabaqcıl tədbirlərindən biridir. Azərbaycanda
bu festivalın keçirilməsinin məqsədi gəncləri qeyd olunan sahələr
üzrə maarifləndirmək, onların marağını, diqqətini cəlb etmək və
müvafiq istiqamətlər üzrə inkişafını təmin etməkdir.

“Radio TMB” 100.5 FM-in aparıcı media resurs və böyük dinləyici
auditoriyasına sahib olduğunu nəzərə alaraq, gələcəkdə silsilə
yayımlar təşkil olunacaq. Radio TMB-də yayımlanan İKT sahəsi üzrə
“Smart Lab” proqramı “Teknofest”in hazırlıq prosesinin
işıqlandırılması və tədbir çərçivəsində müxtəlif qonaqların efirə
dəvət olunması kimi öhdəliyi öz üzərinə götürür.

Xatırladaq ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda
Bakıda “Teknofest” in “prodakşn” ofisi fəaliyyət
göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən
ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki
direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji
Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin
60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin
tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiyaAgentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Teqlər: