NFC ödəniş texnologiya imkanları artıq Ziraat Bank Azərbaycan mobil tətbiqində

Hər zaman müştəri məmnuniyyətinə və rahatlığına önəm verən
Ziraat Bank Azərbaycan, indi də kartsız ödəniş texnologiyalarının
tətbiqinə başlayıb. İlkin olaraq bu imkan VISA kart sahibləri və
NFC texnilogiyalarını dəstəkləyən Android əməliyyat sistemli mobil
telefon istifadəçiləri üçün yaradılıb. Artıq bu müştərilər mobil
telefonları vasitəsilə POS-terminal ödənişlərini asanlıqla
reallaşdıra bilərlər. Ödənişi həyata keçirmək üçün müştərilər ilk
növbədə mobil cihazlarında NFC ödənişlərini dəstəkləyən düyməni
aktivləşdirməli, daha sonra isə Ziraat Bank Azərbaycan mobil
tətbiqinə daxil olaraq, bu texnologiya vasitəsilə ödəniş edəcəkləri
kartı seçməlidirlər. Beləliklə, müştərilər kart olmadan, sadəcə
ekran kilidini açaraq, mobil telefonu POS-terminala
yaxınlaşdırmaqla öz ödənişlərini reallaşdıra bilərlər.

NFC texnologiyalarının ən əsas üstünlüyü, ödənişlərin kart
olmadan, smartfon vasitəsilə sürətli və rahat reallaşdırılmasıdır.
Bununla yanaşı, bank kartının müştəri tərəfindən daşınmasına
ehtiyac qalmadığından, kartların itirilməsi və oğurlanmasına dair
risklər də aradan qaldırılır. Əlavə olaraq NFC texnologilayarının
köməyi ilə ödənişin tamamilə təmassız qaydada həyata keçirildiyini
nəzərə alaraq, COVİD-19 xəstəliyinə yoluxma ehtimalı da dəfələrlə
azalır.

Ziraat Bank Azərbaycan bankına məxsus VISA plastik kartı olmayan
müştərilər, aşağıdakı link vasitəsi ilə kart sifarişlərini onlayn
icra edə bilər. Link: https://bit.ly/3lYqO4o. Qeyd edək ki,
kart sifarişini bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə
yaxınlaşaraq da icra etmək mümkündür. Ziraat Bank Azərbaycan
tərəfindən təqdim edilən VISA kartları Azərbaycan Manatı, Türk
Lirəsi, Avro və USD valyuta növlərində buraxılır. “Ziraat Bank
Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə
malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş
30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət
göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul
və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi
7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları
üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı
məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin
sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək
əldə edə bilərsiniz.

Teqlər: