Qusarda quldurluq edən şəxslər həbs olunublar (FOTO/VİDEO)

Xəbər - Samir Əli – Trend:

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində quldurluq
etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional
Qrupundan AzerTimes-a verilən
məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində
quldurluq etməklə zərərçəkmişə ümumilikdə 2000 ABŞ dolları və 190
manat ziyan vurmaqda şübhəli bilinən rayon sakini Zərbəli Çigəliyev
və Şirvan şəhər sakini Xəqani Günəşov saxlanılıblar. Həmin
şəxslərin zərərçəkmişə məxsus evə gizlin daxil olaraq hədə-qorxu
gələrək quldurluq etmələri müəyyən edilib.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin
qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri
seçilib.

Teqlər: