Hacıqabulda silsilə oğurluq edən qohumlar saxlanılıb (FOTO)

Hacıqabulda silsilə oğurluq edən qohumlar saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a verilən məlumata görə, Hacıqabul
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən
4 fərdi təsərrüfatdan xırda buynuzlu heyvanları oğurlayaraq
zərərçəkmişlərə maddi ziyan vuran 4 nəfərdən ibarət dəstə üzvləri
saxlanılıb. Araşdırmalarla onların Bərdə rayon sakinləri Etibar
Vəliyev, onun qardaşı oğlu Təhmasib Vəliyev, bacısı oğlu Hüseyn
Quliyev və sürücü olan həmyerlisi Elşad Əliyev olduqları müəyyən
edilib.

Həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri
nəticəsində onların daha iki rayon ərazisində – Kürdəmir və Bərdə
rayonlarında ümumilikdə 4 təsərrüfatdan iri və xırda buynuzlu
heyvanları ourlayaraq dəyərindən ucuz qiymətə satdıqları və
zərəçəkmişlərə maddi ziyan vurduqları müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluqları etiraf
ediblər.

Faktlarla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət
işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri
seçilib, araşdırmalar davam etdirilir.

Teqlər: