Qusarda ikimərtəbəli ev yanıb

Qusar rayonunun Hil kəndində ümumi sahəsi 260 m² (hər mərtəbəsi
130 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin tavanı 80 m²
sahədə və dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə
yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
evin qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: