Qusarda avtomobil yanıb

Qusar şəhərində ümumi sahəsi 30 m² olan avtomobil təmiri sexində
təmirə dayanan “ВАЗ” markalı minik avtomobilinin mühərrik hissəsi
və salonu yanıb.

Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən məlumat
verilib.

Avtomobilin qalan hissəsi və sex yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: