Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı
planına əsasən, Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah
təlimləri keçirilir.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, plana uyğun olaraq, həyəcan siqnalı ilə
qaldırılan hərbi hissələrin idarəetmə orqanlarının ərazidə açılması
təmin olunur və bölmələrin fəaliyyətləri xəritə üzərində
dəqiqləşdirilir.

Tapşırıqların icrası ilə bağlı komandirlər tərəfindən qəbul
edilmiş qərarların məruzələri dinlənilir.

Təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin müxtəlif döyüşə
hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə
qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaq,
eləcə də qərargahların fəaliyyətini və bölmələr arasında qarşılıqlı
əlaqəni təkmilləşdirməkdir.

Komanda-qərargah təlimlərində qarşıya qoyulan bütün tapşırıqlar
müvəffəqiyyətlə icra olunub.

Teqlər: