Qurban Qurbanovun oğlu “Beşiktaş”a keçə bilər

Xəbər - Fərid Zöhrabov – Trend:

“Beşiktaş” “Qarabağ”ın futbolçusu Musa Qurbanlı ilə maraqlanır.

Bu barədə Trend Türkiyənin “Fotomac” nəşrinə istinadən məlumat verir. Bildirilib ki, İstanbul təmsilçisinin baş məşqçisi Önder Karaveli “Qarabağ” rəsmiləri ilə görüşüb.

Xəbərdə Musa Qurbanlının bu mövsüm Azərbaycan Premyer Liqasında 8 oyuna 6 qol və 4 məhsuldar ötürmə ilə yaxşı bir performans göstərdiyi qeyd edilib. Yeni komanda quran Karavelinin heyətdə Musanı da görmək istədiyi deyilir.

Önder Karaveli 2020-2021-ci illərdə “Qarabağ”ın akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub.


Teqlər: