İran Mərkəzi Bankı kriptovalyutadan sınaq istifadəyə başlayır

Xəbər - Elnur Bağışov – Trend:

İranın Mərkəzi Bankı tezliklə kriptovalyutadan sınaq şəklində istifadə etməyə başlayacaq.

AzerTimes-ın məlumatına görə, bunu İranın Mərkəzi Bankının baş direktorunun yeni texnologiyalar üzrə müavini Mehran Məhərrəmian deyib.

M.Məhərrəmianın sözlərinə görə, İranın Nazirlər Kabineti ticarət dövriyyəsində, xüsusilə də məhsul idxalında kriptovalyutadan istifadə ilə əlaqədar qərar verib. Bu qərar əsasında onun icra qaydaları tənzimlənməkdədir.

O, əlavə edib ki, Mərkəzi Bankla Sənaye, Mədən və Ticarət Nazirliyinin əməkdaşlığı nəticəsində kriptovalyutadan istifadənin detalları hazırlanıb: “Məqsəd budur ki, yerli iş adamları məhsul idxalı üçün ölkə daxilində istehsal olunan kriptovalyutalardan istifadə edərkən minimum maneələrlə üzləşsinlər”.

Bank rəsmisi deyib ki, bütün vətəndaşlar kriptovalyutadan istifadə edə biləcək.