Qurban Qurbanovdan qələbə şərhi

Qurban Qurbanovdan qələbə şərhi

Futbolçularım bu gün qələbəni çox istəyirdilər. Bundan bir az narahat idim.

AzerTimes xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Norveçin “Molde” klubuna 1:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan sonra mətbuat konfransında deyib.

“Futbolçulrıma təşəkkür edirəm ki, intizamlı oyun ortaya qoydular. Çox vacib qalibiyyət əldə etdik. Sona kimi tempdən düşmədilər. Möhtəşəm azarkeşlərimiz bizdən qələbə gözləyirdilər. Onların sevincli getmələri bizə daha böyük ruh yüksəkliyi verdi”, – Q.Qurbanov qeyd edib.

Teqlər: