Polşa Ukraynaya yardımı dayandırdı – ABŞ-dan reaksiya

Polşa Ukraynaya yardımı dayandırdı – ABŞ-dan reaksiya

Biz həmişə demişik ki, istənilən ölkə hansı səviyyədə dəstək verəcəyi ilə bağlı suveren qərar verməlidir.

AzerTimes xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Patrik Rayder Polşanın Ukraynaya silah yardımını dayandırmasını şərh edərkən bildirib.

“Polşa Rusiya işğalı zamanı Ukraynaya təhlükəsizlik yardımı göstərməkdə, nəinki təhlükəsizlik yardımı göstərməkdə, həm də müharibə nəticəsində Polşaya qaçan bir milyondan çox məcburi köçkün ukraynalıya əhəmiyyətli humanitar yardım və dəstək göstərən aparıcı ölkələrdən biri olub”, – Rayder bildirib.

Qeyd edək ki, Polşa Ukraynadan taxıl ixracına qadağa qoyub. Buna cavab olaraq, Ukrayna da Polşadan soğan, pomidor, kələm və almaya embarqo tətbiq edib.

Polşa baş naziri isə Ukraynaya daha silah tədarük etməyəcəklərini açıqlayıb.

Teqlər: