Qubada avtoxuliqanlıq edən şəxs saxlanılıb

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları tərəfindən rayon ərazisində sürət həddini aşan, yol
hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən
sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional
qrupundan AzerTimes-a verilən məlumatda bildirilir ki, rayon sakini
Röyal Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə
hərəkətdə olarkən yol hərəkəti qaydalarını bilərəkdən kobud şəkildə
pozmaqla və avtoxuliqanlıq hərəkətləri törətməklə vətəndaşların
haqlı narazılığına səbəb olub.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə
protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı
ilə R.Məmmədov 15 sutka inzibati həbs edilib və sürücülük hüququ 1
il müddətinə məhdudlaşdırılıb.

Teqlər: