Qran Prini canlı izləmək üçün tribunalarda 17 minə yaxın oturacaq quraşdırılıb – BŞH

Bakı Şəhər Halqasında tamaşaçılar üçün 9 tribuna yerləşir. Ən
böyük tribuna Abşeron tribunasıdır və onun 5500 tamaşaçı tutumu
var.

AzerTimes-ın məlumatına görə, bunu açıqlamasında Bakı Şəhər Halqası
(BŞH) əməliyyat şirkətinin yarış obyektlərinin tikintisi üzrə
rəhbər Tom Buçer deyib.

O bildirib ki, Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək
üçün tribunalarda 16700 oturacaq quraşdırılıb: “Ən böyük tribuna
Abşeron, ən kiçik tribuna isə Sahil (456 tamaşaçı) tribunasıdır”, –
T.Buçer bildirib.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun
tarixlərində baş tutacaq.

Teqlər: