Qoşulmama hərəkatının uğurlu təşəbbüsləri

25 fevral 2022-ci il tarixdə BMT Baş Assambleyasının sədrinin
“Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda
təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələrində Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin milli qisimdə və
Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlər adından
videoformatda çıxışı təqdim olub. Cənab Prezident çıxışında bir şox
mühüm məsələlərə öz münasibətini bildirmişdir. Bildirilmişdir ki,
COVİD-19 ilə mübarizədə, onun nəzarət altında saxlanılması, habelə
dövlətlərə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində
BMT sisteminin fundemental rolu olmuş və Ümumdünya Səhiyyə
Təşkilatının səyləri əvəzolunmazdır. Bu istiqamətdə Qoşulmama
Hərəkatının fəaliyyəti yüksək qiymətləndirilmişdir. Cənab Prezident
qeyd etmişdir ki, “Pandemiya başlandığı dövrdən Qoşulmama Hərəkarı
multilateralizm, əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq
ictimaiyyətin səylərini fəal səfərbər edərək , pandemiya ilə
mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından
bir sıra uğurlu təşəbbüslər irəli sürmüşdür”

2020 –ci ilin dekabrında BMT Baş Assambleyasının COVİD-19
pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının
keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan
Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “
COVİD-19” pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə
bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin
edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər
adından irəli sürülmüşdür.

Cənab Prezident Ilham Əliyev ölkəmizdə bu istiqamətdə həyata
keçirilən tədbirlərdən bəhs edərkən, bildirmişdir ki, Azərbaycan
COVİD-19 pandemiyasının nəzarətdə saxlanılması üçün təsirli və
adekvat tədbirlərin həyata keçirilməsini davam etdirir. Ölkəmizdə
peyvəndlənmə kampaniyasına 2021-ci ilin yanvar ayında başlanıb. Bu
günə kimi 18 yaşdan yuxarı əhalinin 68 faizinə peyvəndin iki dözası
vurulub. COVİD-dən əziyyət çəkmiş əhali və sahibkarlıq
subyektlərinin dəsdəklənməsi üçün bu ilin dövlət büdcəsindən 1,6
milyard ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb. Həmrəylik
əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə
Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə
80-ə qədər ölkəyə maliyyə və hümanitar yardım göstərmişdir. Bununla
bərabər, 5 ölkəyə peyvənd ianəsi edilib və bu iş davam etdiriləcək.
Hazırda ölkəmiz tərəfindən Qoşulmama Hərəkarına üzv olan 14 ölkəyə
təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesi davam
edir.

Cənab Prezident Qoşulmama Hərəkatının bu istiqamətdə
təşəbbüslərini davam etdirəcəyini bildirərək demişdir: “ Qoşulmama
Hərəkatı pandemiyanın tezliklə aradan qaldırılması və effektiv
bərpa prosesinə imkan yaradacaq beynəlxalq həmrəyliyin
gücləndirilməsi üçün fəal şəkildə səylərini davam etdirməyə
hazırdır. Bu mənada Hərəkatımız post-COVİD-19 dövrünün bərpa
ehtiyacları ilə bağlı nəticəyönümlü təşəbbüslərlə çıxış
edəcək”.

Milli Məclisin deputatı

Rauf Əliyev

Teqlər: